Azərbaycanlı məşhur "Survivor"da - Acun onu da ən güclülərin yarışına çağırdı - FOTO

22 Yanvar 2022 09:06

"Survivor-2019" yarışında iştirakından sonra Türkiyədə də məşhurlaşan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev ("Kobra") yenidən dünyanın ən çətin realiti-şousunda iştirak edəcək.

Milli.Az xəbər verir ki, "All Star" adlanan Survivor-2022 mövsümündə Pərvizin reliti şounun başlamasından cəmi bir həftə sonra artıq ehtiyyat iştirakçı kimi Survivora qatılacağı anonsu verilib. 

Bu gün Tv8-də Acunun təqdimatında yayımlanan yarışda "Kobra" ləqəbli məşhur azərbaycanlının da artıq iştirakı gözlənilir.

Məhəmməd Vaqif
Milli.Az