ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsini planlaşdırır

22 Yanvar 2022 08:39

ABŞ-ın Ukraynadakı səfirliyi Dövlət Departamentindən ailələrin və qeyri-vacib işçilərin ölkəni tərk etməsinə icazə verməsini xahiş edib. Vaşinqton çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə CNN telekanalının müxbiri Metyu Şans tvitter səhifəsində bildirib.

"ABŞ-ın Kiyevdəki səfirliyi bu gün Dövlət Departamentindən qeyri-vacib işçilər və ailələrin səfirliyi tərk etməsinə icazə verməyi xahiş edib. ABŞ Ukraynaya məlumat verib ki, "çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq", - media sözçüsü yazıb.

Bundan əvvəl "Bloomberg" agentliyi vəziyyətin gərginləşməsi fonunda ABŞ-ın Ukraynadakı amerikalı diplomatların ailə üzvlərini təxliyə dib-etməmək məsələsini nəzərdən keçirdiyini bildirmişdi.

Milli.Az