Fransanın keçmiş daxili işlər naziri həbs edilib

22 Yanvar 2022 08:36

Fransanın keçmiş daxili işlər naziri Klod Qehan bir il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bir aydan artıqdır ki, Parisin cənubundakı həbsxanada saxlanılan 77 yaşlı Qehanla bağlı qərar qeyri-qanuni mükafatların ödənilməsi işi üzrə çıxarılan hökmdən sonra verilib.

Bundan əlavə, Qehan 75 min avro cərimə ödəməli olacaq. Onun 5 il dövlət vəzifəsində çalışması da qadağan edilib.

İstintaqın məlumatına görə, siyasətçi qanunsuz olaraq özünə və nazirliyin digər əməkdaşlarına aylıq mükafatlar yazıb.

Milli.Az