Bakıda 50 yaşlı qadını avtomobil vurub

22 Yanvar 2022 08:44

Bakıda 50 yaşlı qadını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1972-ci il təvəllüdlü Rüstəmova Sara Xəlil qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az