Bakıda gənc qızı avtomobil vurub

22 Yanvar 2022 08:34

Bakıda 28 yaşlı gənc qızı avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Məmmədova Sultanə Mamed qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az