“Neftçi” Patonun transferini rəsmən açıqladı

22 Yanvar 2022 08:42

"Neftçi" qış fasiləsində növbəti transferini reallaşdırıb.

Braziliyalı cinah yarımmüdafiəçisi Gilyerme Pato ilə 2,5 illik müqavilə bağlanıb.

20 yaşlı futbolçu yeni komandasının heyətində 77 nömrəli formanı geyinəcək.

"İnternasional" (2020-2021; 6 oyun, 1 qol) klubunun yetirməsi olan Pato "Ponte Preta" (icarə, 2020; 33 oyun, 4 qol) və "Kuyaba"da (2021, 9 oyun) çıxış edib.

Qeyd edək ki, bundan əvvəl müdafiəçi Azər Salahlı və yarımmüdafiəçi Eddi İsrafilov transfer olunmuşdu.

Milli.Az