Belarusda Mi-24 helikopteri təcili eniş edib

22 Yanvar 2022 08:48

Belarus Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 döyüş helikopteri təcili eniş edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Müəyyən edilmiş uçuşların yerinə yetirilməsi zamanı Mi-24 helikopterinin ekipajı bortun enerji blokunda nasazlıqlar aşkarlayıb. Pilot yerə təcili eniş etmək qərarını verib. Ekipaj üzvlərindən xəsarət alan olmayıb", - məlumatda bildirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az