Damın qarını təmizləyərkən binadan yıxılan fəhlənin başı qopub

22 Yanvar 2022 08:38

Rusiyanın Samara şəhərində binanın damını qardan təmizləyən 31 yaşlı fəhlə faciəli şəkildə dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yerə düşərkən zərbənin gücündən onun başı qopub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırmalara başlanılıb.

Məlum olub ki, mərhum evin çardağında birgə işləmək üçün digər fəhləni gözləyib. Hadisəyə səbəb isə təhlükəsizlik qaydalarına əməl edilməməsi olub.

Milli.Az