Braziliya karnavalları təxirə salınıb

22 Yanvar 2022 08:23

Rio-de-Janeyro və San-Pauluda samba məktəblərinin ənənəvi karnaval paradları koronavirusun omikron ştammının yayılması ilə əlaqədar aprel ayına təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərarı ölkənin iki ən böyük meqapolislərinin merləri Eduardo Pais və Rikardo Nunes cümə günü keçirilən görüşdə birgə qəbul ediblər. Görüşdə samba məktəblərinin yerli assosiasiyalarının rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, son həftə ərzində Braziliyada koronavirusa yoluxanların sayı bütün pandemiya ərzində ən yüksək olub. Hazırda ölkə xəstəliyə yoluxanların və ölənlərin sayına görə ilk yerlərdə qərarlaşıb.

Milli.Az