Yaponiyada zəlzələ: 6 nəfər xəsarət alıb

22 Yanvar 2022 08:13

Yaponiyanın cənub-qərbində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, xəsarət alanların hamısında yüngül zədələr müşahidə olunur. Onların həyatı üçün hər-hansı bir təhlükə yoxdur.

Xatırladaq ki, zəlzələ ölkənin cənub-qərbindəki Miyazaki və Oita prefekturaları bölgəsində baş verib. Təbii fəlakət nəticəsində sunami təhlükəsi elan edilməyib. Zəlzələ yerli atom elektrik stansiyalarında heç bir fövqəladə vəziyyət yaratmayıb.

Milli.Az