Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıldı

22 Yanvar 2022 07:15

Cümə günü orbitə buraxılan "Atlas V" ağır daşıyıcı raketi ABŞ Müdafiə Nazirliyi üçün iki peyki uğurla orbitə çıxarıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə mələimatı kosmik aparatın operatoru - United Launch Alliance (ULA) şirkəti bildirib.

Raket ABŞ Kosmik Qüvvələrinin gizli geosinxron kosmik situasiya məlumatlandırma proqramının bir hissəsi kimi GSSAP 5 və GSSAP 6 peyklərini geosinxron orbitə çıxarıb. Bu departamentin əsas məqsədi digər ölkələrin kosmik gəmilərini izləməkdir.

Pentaqonun peykləri bu məqsədlə yaradılmış Amerika orbital bürclərinə qoşulacaq. İlk iki GSSAP 2014-cü ildə, ikinci cüt - 2016-cı ildə istifadəyə verildi.

Milli.Az