Ayrılığa səbəb qısqanclıq olub?

22 Yanvar 2022 04:31

Türkiyəli aktrisa Demet Özdemirlə müğənni Oğuzhan Koç ayrıldıqdan sonra məsələ ilə bağlı açıqlama verməmələri müxtəlif iddiaların yaranmasına səbəb olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, cütlüyün ayrılmasına səbəb qısqanclıq olub. Demeti aktyor Şükrü Özyıldızdan qısqanan Oğuzhan ayrılıq qərarı alıb.

Qeyd edək ki, tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn Demet və Oğuzhan bu dəfə instaqram üzərindən bir-birini izləmədən çıxarıb.

Milli.Az