Xaçmaz-Quba yolunda maşın ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO

21 Yanvar 2022 20:48

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Arzu kəndi ərazisində qeydə alınıb.

"BMW" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan şəxslər xəsarət alıb.

Milli.Az