Belarus yazıçısı Svetlana Aleksieviç “Forbes”in siyahısına görə 50 ən nüfuzlu qadından biridir

21 Yanvar 2022 21:50

Amerikanın "Forbes" jurnalı "50 Over 50" siyahısında Avropa, Yaxın Şərq və Afrika bölgəsində (EMEA) 50 yaşdan yuxarı 50 ən nüfuzlu qadının adını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahıya daha iki yazıçı - Svetlana Aleksieviç və Bernardine Evaristo da daxil edilib.

73 yaşlı yazıçı və jurnalist Svetlana Aleksieviç 2015-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını alan ilk Belarus və altıncı rusdilli müəllif olub. O, Belarus Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun vitse-prezidenti, Belarus PEN Mərkəzinin sədridir.

Nigeriya mənşəli ingilis yazıçısı 62 yaşlı Bernardin Evaristo "Buker Mükafatı -2019" da daxil olmaqla ondan çox ədəbi mükafatın qalibidir. O, 2004-cü ildə Kral Ədəbiyyat Cəmiyyətinə qəbul olunub.

Milli.Az