Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 21 yanvar 2022-ci il tarixində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Milli.Az-a "Azərsu" ASC-dən bildirilib.
Yaranmış narahatlıqla bağlı ASC abonentlərdən üzr istəyir.
Milli.Az