Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Orkestrinin konserti keçiriləcək

21 Yanvar 2022 17:02

26 yanvar 20220-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bədii rəhbər və baş dirijor,Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət  Orkestrinin konserti keçiriləcək.

Konsertdə Volfanq Amadey Motsart- Divertismento,Saverio Merkadente-Fleyta və Orkestr üçün Konsert , Cean Sibelius - Ekspromtu,Albert Rousselinin Sinfonietta  kimi əsərləri ifa olunacaq.

Konsertdə həmçinin solist,beynəlxalq müsabiqələr laureatı Nicat Məmnmədovun da ifası səslənəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az