Sərnişin maska ​​taxmadığı üçün təyyarə təcili eniş etdi

21 Yanvar 2022 19:24

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərindən Londona getməli olan təyyarə sərnişinlərdən birinin maska ​​taxmaqdan imtina etməsindən sonra Floridaya enib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bütün təkidlərə baxmayaraq, maska ​​taxmaq istəməyən qadın sərnişinə görə pilot havaya qalxdıqdan 1,5 saat sonra Atlantik okeanı üzərində olarkən geri qayıtmağa qərar verib.

Aviaşirkətin sözçüsü Laura Masvidal hadisəni təsdiqləyərək bildirib ki, Boinq-777 təyyarəsi federal maska ​​tələbinə əməl etməməkdə israr edən müştəri səbəbindən Mayami Beynəlxalq Hava Limanına (MİA) qayıdıb.

40 yaşında olduğu bildirilən maskasız sərnişin təyyarədən endirilib, lakin sərnişinə qarşı heç bir cəza tətbiq olunmayıb.

Milli.Az