Məscid yaxınlığında açıq-saçıq fotosessiya etdirdi - Polisə çağırıldı

22 Yanvar 2022 02:31

Moskvadakı məscidin fonunda alt paltarında açıq-saçıq fotosessiya təşkil edən modelə qarşı cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, bu barədə REN telekanalı İstintaq Komitəsinə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, onun barəsində bir neçə maddə üzrə cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, "bir qrup qanun pozucusu möminlərin ehtiram etdiyi dini ziyarətgahı - müsəlman məscidini murdarlamaq məqsədi güdərək dindarların dini hisslərini təhqir etmək məqsədilə açıq şəkildə başqalarına qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər ediblər."

Anar Əli
Milli.Az