Bitkoinin qiyməti 40 min ABŞ dollarından aşağı düşüb

21 Yanvar 2022 17:54

Bitkoinin qiyməti 39,073 ABŞ dollarına düşüb.

Milli.Az "Bloomberg"ə istinadən xəbər verir ki, kriptovalyutanın qiymətinin düşməsi ABŞ-ın pul-kredit siyasətinin sərtləşdirilməsi öncəsi müşahidə olunan spekulyativ investisiyalar fonunda baş verir.

Agentliyin məlumatına görə, noyabrın əvvəlindən indiyədək rəqəmsal tokenlərin qiyməti ümumilikdə, 1 trilyon ABŞ dolları azalıb.

Milli.Az