İranda koronavirusdan ölənlərin sayı 132 172-yə çatıb

21 Yanvar 2022 17:36

İranda ötən sutka ərzində 20 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 172 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 5 276 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 241 843 nəfərə çatıb.

Milli.Az