Onlar sintetik bətnlərlə hamiləliyi asanlaşdırmaq istəyir

21 Yanvar 2022 17:42

Texnologiya sahəsi üzrə dünyanın öndə gedən mütəxəssisləri doğuş prosesini daha asan formada reallaşdırmaq üçün sintetik bətnlərin istehsal edilməli olunduğunu düşünür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Gumroad" marketinq platformasının təsisçisi Sahil Lavinya tviterdə insan nüfuzunu artıracaq texnologiyalar üzərində işləməyin zəruri olduğunu bildirib:

"Doğuşu daha sürətli, asan, münasib qiymətə edəcək texnologiyalara sərmayə qoymalıyıq. Sintetik bətnlər və sair...".

Onun bu təklifi Yer kürəsində nüfuz azalması problemindən narahat olan İlon Maskın fikirlərindən sonra ortaya atılıb. Mask bir müddət sonra Marsda koloniya qurmaq üçün heç kimi tapmayacağını bildirmişdi.

Bu fikri dəstəkləyənlər arasında "Ethereum" blokçeyn sisteminin həmtəsisçisi, rus-kanadalı proqramçı Vitalik Buterin də var. Onun fikrincə, sintetik rəhmlər xanımların daha çox işləməsinə imkan yaradacaq ki, bu da kişi və qadınlar arasında maddi bərabərsizliyi azaldacaq.

Sosial şəbəkədə yayımlanan bu fikirlərə izləyicilərin münasibəti birmənalı olmayıb. Onların bəziləri hətta bu təklifləri "Matrix" filminin süjet xəttindən götürüldüyünü iddia edib. Bir qrup insan isə onları dəstəkləyib.

Milli.Az