Türkiyədə zəncirvari qəzanın görüntüləri yayıldı - VİDEO

21 Yanvar 2022 15:54

Türkiyənin Mardin şəhərində güclü qar zəncirvari qəzaya səbəb olub.

"Haber Global" məlumat verir ki, yolun buz bağlaması 4-ü TIR olmaqla 8 avtomobilin toqquşması ilə nəticələnib.

Üç nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisə yerinə təcili yardım və xilasetmə qüvvələri cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Milli.Az