"Neftçi" yarımmüdafiəçisi ilə yollarını ayırdı

22 Yanvar 2022 18:39

"Neftçi" futbolçusu Xorxe Korrea ilə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı argentinalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Xorxe Korrea mövsümün əvvəlində "Neftçi"yə keçib.

Milli.Az