Ötən gün yol qəzalarında 4 nəfər ölüb

21 Yanvar 2022 16:18

Azərbaycanda ötən gün baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, yanvarın 20-da 4 yol qəzası baş verib.

Nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Milli.Az