Artur Rasizadə: “Azərbaycan Belarusla sıx əməkdaşlığı davam etdirəcək”

5 May 2010 18:34
Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan ilə Belarus arasında səmərəli iqtisadi əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edən Baş nazir Artur Rasizadə bildirib ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər bu əməkdaşlığın daha da inkişafı üçün münbit şərait yaradıb. Azərbaycanın bundan sonra da Belarus ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq etmək niyyətində olduğunu nəzərə çatdıran Baş nazir iqtisadi əlaqələrimizin artıq real nəticələr verdiyini vurğulayıb.

Ölkəmizə səfəri barədə ətraflı məlumat verən A.Kobyokov Heydər Əliyev adına İdman-Konsert Kompleksində Belarus milli sərgisinin uğurlu açılışından danışıb, yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Sonra qonaq ikitərəfli əməkdaşlığın konkret sahələrinə toxunub, əlaqələrimizin daha da genişləndirilməsinə Belarus tərəfinin böyük maraq göstərdiyini vurğulayıb.

Milli.Az