Hansı qidalar infarkt riskini azaldır? - Lavski AÇIQLADI

21 Yanvar 2022 23:20

Bəzi qidalar ürək-damar sistemi üçün faydalı ola bilər, onların istifadəsi insult riskini azaldır. 

Milli.Az xəbər verir ki, həmin qidalar endokrinoloq Lera Lavski tərəfindən siyahıya alınıb.

Dünyada ən çox rast gəlinən ölüm səbəbi ürək-damar xəstəlikləridir, buna görə də qan damarlarının sağlamlığının qorunması, qan təzyiqi və xolesterinin səviyyəsinə nəzarət çox vacibdir.

Mütəxəssisin fikrincə, qan damarlarının divarlarını gücləndirmək üçün C vitaminindən istifadə etmək lazımdır. Onun böyük hissəsi qızılgül, duzlu kələm, qara qarağat və kivinin tərkibində olur. Əks göstəriş olmadıqda bütün bu qidaları pəhrizə daxil etmək tövsiyə olunur.

Yüksək xolesterini azaltmaq üçün hər gün çiy soğan və sarımsaq, həmçinin baklagiller, yan məhsullar və kəpəkli çörəyin tərkibində olan B vitaminləri yemək tövsiyə olunur.

Lavski həmçinin həftədə ən azı üç dəfə qırmızı balıq, kətan toxumu və şam qozunu yeməyi tövsiyə edir. Onun sözlərinə görə, sümük bulyonundakı kollagen qan damarlarının divarlarının struktur elementidir və damar sisteminin zəifliyi çox vaxt onun olmaması ilə əlaqələndirilir.

Qoz və toxumun tərkibindəki maqnezium normal qan təzyiqi səviyyəsini saxlamağa kömək edir, ona görə də bu qidaların yüksək kalorili olduğunu unutmadan diyetə daxil edilməsi tövsiyə olunur. (publika.az)

Milli.Az