Suriyada 20 İŞİD-çi türmədən qaçdı

21 Yanvar 2022 12:06

Suriyanın Hasekə vilayətindəki Əs-Sanaviyə həbsxanasından azı 20 İŞİD döyüşçüsü qaçıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, "Əl-Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, digər məhbus yoldaşları onların qaçışını asanlaşdırmaq üçün həbsxana girişində iki maşını partladıblar.

Hazırda şəhərə nəzarət edən Suriya Demokratik Qüvvələri Quveyran məhəlləsinə giriş-çıxışı bağlayıb.

Ərazidə helikopterlərlə axtarışlara başlanılıb.

Məlumata görə, türmədən qaçan terrorçular silahlıdır.

Milli.Az