Dost olduqlarını deyirdi, amma...

21 Yanvar 2022 10:00

Türkiyəli aktrisa İrem Sak futbolçu Furkan Korkmazla birgə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa jurnalistlərə eşq yaşadıqlarını təsdiqləyib.

Sak müxbirlərin "4 ay öncə dost olduğunuzu söyləmişdiniz" sözlərinə isə "Siz də inanmışdınız" deyə, cavab verib.

Qeyd edək ki, İrem Sak basketbolçudan 11 yaş böyük olduğu üçün bir müddət əvvəl sosial şəbəkədə xeyli tənqid olunmuşdu.

Milli.Az