"Twitter"in işində qüsurlar yaranıb

21 Yanvar 2022 09:05

"Twitter" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.

Nasazlıqlar ən çox ABŞ, Kanada və Böyük Britaniyada qeydə alınıb.

Məlumata əsasən, istifadəçilər saytın işində, mobil tətbiqdə və serverə qoşulmada problemlərlə üzləşiblər.

Milli.Az