Avstriya Milli Şurası (Avstriya Parlamentinin aşağı palatası) ölkədə koronavirusa qarşı vaksinasiyanın məcburi edilməsinin leyhinə səs verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bundan sonra qanun layihəsinə bundesrat (ölkənin federal torpaqlarının nümayəndəliyi) baxacaq.
Məlumata əsasən, vaksinasiya fevral ayından 18 yaşdan yuxarı vətəndaşlar üçün məcburi olacaq.
Milli.Az