Dünən dünyada koronavirusa 3,7 milyondan artıq yoluxma olub

21 Yanvar 2022 08:15

Dünyada son sutka ərzində koronavirusa 3,7 milyondan artıq yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 3 777 104 nəfər koronavirusa yoluxub, 8 741 nəfər isə dünyasını dəyişib.

Bildirilir ki, yoluxanların ümumi sayı 336 790 193, ölənlərin isə 5 560 718 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az