Türkiyə Ermənistanla danışıqların Yerevan və ya Ankarada keçirilməsini istəyir

21 Yanvar 2022 08:08

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların müzakirəsi məqsədi daşıyan danışıqlar üçüncü ölkədə deyil, iki ölkədən birində aparılmalıdır.

Trend-in məlumaıtna görə, bu barədə diplomatik mənbələrə istinadən "Daily Sabah" qəzeti xəbər yayıb.

"Türkiyə danışıqların ilk raundu Moskvada keçirildikdən sonra ikinci raundun Yerevanda və ya Ankarada keçirilməsinə üstünlük verir", - deyə mənbələr bildirib.

Milli.Az