9 aylıq körpə ağır yanıq xəsarətləri aldı

21 Yanvar 2022 07:45

Tovuzda 9 aylıq körpə ağır yanıq xəsarəti alıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Dönük Qırıqlı kənd sakini, 2021-ci il təvəllüdıü Adəm Ruhin oğlu Mehdiyev bədənin 3-cü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Körpənin vəziyyəti ağır olduğundan Bakıya tibb müəssəsinə gətirilib.

9 aylıq körpənin evdə nəzarətdən yayınaraq soba üzərində olan qaynar suyu üzərinə dağıtdığı bildirilir. 

Milli.Az