Azərbaycanda avtomobil benzininin istehsalı artıb

21 Yanvar 2022 07:00

2021-ci ildə Azərbaycanda avtomobil benzininin istehsalı 7,9 faiz artıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4394,6 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 13,4 faiz artıb.

Yanacaq mazutunun istehsalı 70,5 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 67,2 faiz, sürtkü yağlarının istehsalı 39,1 faiz, neft koksunun istehsalı 29,7 faiz, dizel yanacağının istehsalı 16,2 faiz artıb.

Milli.Az