16 yaşlı məktəbli itkin düşüb

20 Yanvar 2022 23:36

Neftçalada 16 yaşlı məktəbli itkin düşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rayonun Mayak kənd sakini, 2006-cı il təvəllüdlü R.Lətifov ötən gün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yeniyetmənin valideynləri onun itkin düşməsi ilə bağlı polisə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az