Nurlan İbrahimovla bağlı qərar yenidən təxirə salındı

20 Yanvar 2022 21:19

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

Bu barədə N.İbrahimovun özü sosial şəbəkə hesabında yazıb. O, CAS-ın müraciət üzrə cavabı yanvarın 27-dək martın 22-dək uzatdığını bildirib.

Sabiq mətbuat katibi beynəlxalq qurumun hüquqi deyil, siyasi xarakterli addım atdığını bildirib:

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, 27 yanvaradək təxirə salınıb.

Milli.Az