A seriyası klubuna texniki məğlubiyyət verildi

20 Yanvar 2022 19:16

İtaliyanın "Salernitana" klubuna texniki məğlubiyyət verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə A seriyasının rəsmi saytı məlumat yayıb.

Salerno təmsilçisi 19-cu turda "Udineze" ilə oyuna çıxmaqdan imtina etdiyi üçün cəzalandırılıb. Bundan əlavə klubun hesabından da 1 xal silinib.

"Salernitana" dekabrın 21-də keçirilməli olan bu qarşılaşmaya komandada koronavirusa yoluxanların sayının çoxluğunu səbəb göstərərək çıxmayıb.

Qeyd edək ki, "Salernitana" hazırda 10 xalla turnir cədvəlinin sonuncusudur.

Milli.Az