Saatlıda ərzaq mağazası yanıb

20 Yanvar 2022 18:52

Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, içərisində 5 ədəd soyuducu, 1 ədəd kondisioner və ərzaq malları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az