Əsas magistralların bəzi hissələri buz bağlayıb - VİDEO

20 Yanvar 2022 15:34

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, yağıntı davam edir.

Bakı - Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi - Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Milli.Az