Şevçenkonu o əvəzlədi

20 Yanvar 2022 19:13

"Cenoa" baş məşqçi təyinatı rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisini Aleksander Blessi çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Blessinlə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Alman mütəxəssis bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Andrey Şevçenkonu əvəzləyib.

Milli.Az