Son dörd ildə türk hərbçiləri 6 mindən çox terrorçunu məhv edib

20 Yanvar 2022 15:00

Son dörd ildə Türk Silahlı Qüvvələri tərəfindən 6370 terrorçu zərərsizləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, terrorçular 20 Yanvar 2018-ci ildən indiyədək aparılan "Zeytun budağı", "Fırat Qalxanı" və digər antiterror əməliyyatları nəticəsində məhv edilib.

Milli.Az