Azad olunmuş ərazilərdə internet məsələsi həllini tapır

20 Yanvar 2022 12:30

Azad olunmuş ərazilərdə internet məsələsi ilə bağlı artıq konkret fəaliyyət planı hazırlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

O bildirib ki, həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq.

"İşğaldan azad olunmuş ərazilərin bərpa planına uyğun olaraq rabitə infrastrukturu da bərpa olunacaq", - deyə o əlavə edib.

Milli.Az