Telefon oğrusu saxlanıldı

20 Yanvar 2022 15:12

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə yanvarın 18-də bir nəfərin Bakı şəhər sakini H.Əhmədzadənin mobil telefonunu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Qəbələ rayon sakini X.Mustafayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az