Azərbaycanda koronavirusa yoluxanların 40 faizi "omikron" ola bilər

20 Yanvar 2022 11:26

Digər ölkələrin təcrübəsinə istinadən deyə bilərik ki, Azərbaycanda "omikron" aşkarlandıqdan sonra koronavirusa yoluxanların 40 faizində "omkron" ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Teymur Musayev deyib.

"Ümumi vəziyyət stabildir. Hazırda Azərbaycanda karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur" - deyə o qeyd edib

Milli.Az