Baş prokuror "Tərtər işi"ndən danışdı

20 Yanvar 2022 11:10

"Tərtər işi" ilə bağlı istintaq qrupu yaradılıb və intensiv istintaq hərəkətləri aparılır. Heç kim bu işdən siyasi məqsədlər üçün istifadə edə bilməz və bu, yolverilməzdir, qanunla qəti qadağandır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

"Tərtər hadisələri olub, onun istintaqı təzələnib və qanunla nəzərdə tutulmuş bütün imkanlardan istifadə edərək həqiqətin tam üzə çıxarılması, bərpa olunması və təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır", - Baş prokuror deyib.

Milli.Az