Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

20 Yanvar 2022 12:42

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Qardaş Azərbaycanın azaqlıq yolunda tarixə qeyd edilmiş ən acı xatirələrindən olan 20 Yanvar şəhidlərini rəhmət və hörmətlə anıram. Tək Millət, tək Ürək, tək Can, Türkiyə-Azərbaycan".-deyə paylaşımda bildirilir.

Milli.Az