Gəncədə "Mercedes" ağaca çırpıldı - FOTO

20 Yanvar 2022 10:54

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı bağlı araşdırma aparılır.

Milli.Az