Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

20 Yanvar 2022 09:34

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər Xiyabanını ziyarət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfir bu barədə öz "Twitter" səhifəsində bildirib.

"Bu gecə qərənfilin ağladığı gecədir. Bu gün günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda azadlıq, müstəqillik istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları cənnət olsun", - deyə paylaşımda qeyd olunub.

Milli.Az