Britaniya səfiri Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar 2022 09:42

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Şəhidlər Xiyabanını ziyarət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfir bu barədə öz "twitter" səhifəsində yazıb.

"Şəhidlər Xiyabanında oldum. Azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirənləri dərin hüznlə anırıq", - deyə səfir qeyd edib.

Milli.Az