12 nəfər toya buraxılmadı, 2 nəfər cərimələndi

20 Yanvar 2022 09:54

Yanvarın 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 12 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az